Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev “Qarabağ”la vidalaşıb.
Oxu.Az xəbər verir ki, 29 yaşlı qapıçı bununla bağlı “Instagram” səhifəsində paylaşım edib.
Türkiyənin “Adana Dəmirspor” klubu ilə 2 illik müqavilə bağlayan qolkiper Ağdam təmsilçisinə təşəkkürünü bildirib:
“Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, sevimli “Qarabağ”.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən bəri “Qarabağ”ın formasını geyinib.
View this post on Instagram16:36
“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb.
Bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Qapıçıya xidmətlərinə görə təşəkkür edilib.
Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən Ağdam klubunda çıxış edirdi.
Ən çox oxunanlarMövzuya aid xəbərlər
Digər xəbərlər