Bədii üzgüçülük üzrə Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdən 31 medalla vətənə dönüb.
Oxu.Az Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 8 ölkədən 15 klubun, 200-dən çox idmançının qatıldığı turnirdə idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmançılarımız ən yüksək nəticələrini göstəriblər.