Bu gün UEFA Millətlər Liqasında 2-ci turun oyunları baş tutub. A, C və D liqasında keçirilən ümumilikdə doqquz oyun arxada qalıb.
A Liqasının 2-ci qrupunda Belçika İslandiya ilə üz-üzə gəlib. Oyun İslandiyanın böyük hesablı məğlubiyyəti ilə bitib - 5:1.
İngiltərə səfərdə Danimarka ilə qolsuz bərabərliyə razılaşıb.
Üçüncü qrupda isə Fransa Xorvatiyaya 4:2, Portuqaliya isə İsveçə 2:0 hesabı ilə qalib gəlib.
Nəhayət, C liqasında Azərbaycan Kipri məğlub edib - 1:0.
8 sentyabr
A liqası
2-ci qrup
Belçika – İslandiya - 5:1
Qollar: Aksel Vitsel, 13, Mişi Batşuayi, 17, 69, Dris Mertens, 50, Jeremi Doku, 80 - Holmbert Fridyonsson, 11
Danimarka – İngiltərə - 0:0
3-cü qrup
Fransa – Xorvatiya - 4:2
Qollar: Antuan Qrizmann, 43. Antoni Marsyal, 45+1, Dayo Upamekano, 65, Olivye Jiru, 76 (pen.) - Deyan Lovren, 17, Yosip Brekalo, 55
İsveç – Portuqaliya - 0:2
Qollar: Kriştiano Ronaldo, 45+1, 72
C liqası
1-ci qrup
Kipr – Azərbaycan - 0:1
Qol: Maksim Medvedev, 29
Lüksemburq – Monteneqro - 0:1
Qol: Fatoş Beqiraj, 90+3-pen
2-ci qrup
Gürcüstan – Şimali Makedoniya - 1:1
Qollar: Tornike Okriaşvili, 13-pen - Milan Ristovski, 33
Ermənistan – Estoniya - 2:0
Qollar: Aleksandr Karapetyan, 43, Anqulo Vbeymar, 65
D liqası
2-ci qrup
San-Marino - Lixtenşteyn - 0:2
Qollar: Nikolas Hasler, 3, Yanik Frik, 14