23 yaşlı keniyalı qaçışçı Kelvin Kiptum Çikaqo marafonunda dünya rekorduna imza atıb.
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası xəbər verir ki, o, məsafəni 2 saat 35 saniyəyə qət edərək tarixdə yarışı ən tez başa vuran ilk şəxs olub.
Bundan əvvəlki dünya rekordu 2022-ci ilin sentyabrında Berlin marafonunda qeydə alınıb. İkiqat Olimpiya çempionu Eliud Kipçoge məsafəni 2 saat 1 dəqiqə 9 saniyəyə qaçıb.