Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilir.
Lider “Bayer” səfərdə “Haydenhaym”ın qonağı olub.
Leverkuzen klubu 1:2 hesablı qələbəsi ilə uğurlu seriyasını davam etdirib.
“Borussiya” isə “Volfsburq”la səfər matçında xal itirib.
Dortmundlular hesabı açsalar da, sərfəli nəticəni qoruya bilməyiblər - 1:1.
Beləliklə də, hazırda “Bayer” 58 xalla çempionata liderlik edir. “Borussiya” isə 41 xalla 4-cüdür.