Rauf Cabarov hakimlikdən məhrum edilib.
Sportinfo.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Futbol Federasiyası Assosiasiyasının Hakimlər Komitəsi qərar verib.
Bildirilib ki, Rauf Cabarovun cari mövsümü zəif keçirməsi, klubların çoxsaylı narazılıqlarına səbəb olduğu üçün bu qərar qəbul olunub.
O, sonuncu dəfə Azərbaycan Premyer Liqasının 32-ci turunun "Sumqayıt" - "Qarabağ" oyununun (1:0) baş hakimi olub. 39 yaşlı referi matçın sonlarında ev sahiblərinin qapısına penalti təyin etmədiyinə görə sərt tənqid olunmuşdu.
Qeyd edək ki, VAR hakimi Tural Qurbanov həmkarını epizodun təkrarını izləməyə dəvət etsə də, o, yenidən qərarını qüvvədə saxlayıb.