Ötən gün müğənni Zamiq Hüseynov oğlu Zeynə kiçik toy edib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Instagram” hesabında paylaşım edib.
Qeyd edək ki, sənətçinin övladının şad günü paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub.
Məclisdə Zamiqin ailə üzvləri, yaxınları və tanınmış şou-biznes nümayəndələri iştirak ediblər.
Onlar arasında xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Miri Yusif, Eyyub Yaqubov, Nəzakət Teymurova və digərləri yer alıblar. Gecənin diqqət çəkən cütlüklərindən biri müğənni Sevda Yahyayeva ilə həkim həyat yoldaşı Zakir Bayramov olub.
Sözügedən məclisə qatılan məşhurlar arasında repçi Elşad Xose və xanımı Lətifə də olub.
Xose toyda həm oxuyub, həm də rəqs edib. Repçi kətan üzərində yağlı boya ilə Zamiqin oğlu Zeynin portretini çəkib və əl işini hədiyyə olaraq Zamiqə təqdim edib.
Zamiqin oğlunun təmtəraqlı kiçik toyundan GÖRÜNTÜLƏR: Məşhurlar axın etdilər - FOTO/VİDEO
Rəylər