Azərbaycan əsilli rusiyalı ifaçı Jony (Cahid Hüseynli) NTV kanalının “Kvartirnik” verilişinin qonağı olub.
“Sputnik Azərbaycan” xəbər verir ki, o, efirdə vaxtilə dünya şöhrətli sənətkarımız Rəşid Behbudovun repertuarında yer alan “Küçələrə su səpmişəm” mahnısını, eləcə də öz hitlərini ifa edib.
Bununla yanaşı, ifaçı verilişin aparıcısı Yevgeni Marqulisin onun həyat və yaradıcılığı barəsindəki suallarını da cavablandırıb.
Rəylər