Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində konsert proqramı təşkil olunub.
Konsert proqramı Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunub.
Konsertə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, H.Əliyev adına Hərbi İnstitutun rəisi general-mayor Fizuli Salahov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, İlqar Orucov, Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon İdarəsinin rəisi Hümbət Əliyev, şəhid atası, Xalq artisti Əli Nur, əməkdar artist Azad Şükürov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qaziləri, Milli Müdafiə Universitetinin kursantları, ziyalılar və sakinlər qatılıb.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzularındakı ifaları ilə davam etdirilib.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı tamaşaçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Xətai rayonunda Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı təşkil olunub - FOTO/VİDEO