İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüblər.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İqtisadiyyat naziri bp şirkəti ilə uzunmüddətli və səmərəli əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. bp-nin Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində xüsusi rolu qeyd edilib. Görüşdə tərəfdaşlığın inkişaf etdirilməsi imkanları, ölkəmizdə “yaşıl” enerji növlərinə keçidlə bağlı reallaşdırılan layihələr barədə məlumat verilib, işğaldan azad olunmuş Cəbrayıl rayonunda bu il bp tərəfindən inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Mürrey Aukinklos bp-nin Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələrdə, o cümlədən bərpaolunan enerji layihələrində iştirakda maraqlı olduğunu qeyd edib. bp şirkətinin ölkəmizlə davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiq qaldığı vurğulanıb, SOCAR-la uzunmüddətli işbirliyinin daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına verdiyi önəmin göstəricisidir.
Görüşdə ikitərəfli əməkdaşlığın nəticələri, eləcə də birgə fəaliyyətin “yaşıl” enerjiyə keçid, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Mikayıl Cabbarov və Rövşən Nəcəf bp-nin baş icraçı direktoru ilə görüşüblər - YENİLƏNİB + FOTO/VİDEO
16:16
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf bp şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklos ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
“Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin yaşıl enerjiyə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, - deyə nazir bildirib.
#SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəf (@RovshanNajaf) və həmkarlarla birlikdə #bp (@bp_plc) şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin #yaşılenerji-yə keçid,… pic.twitter.com/oNJuqt9HNR
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 13, 2024