Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri dünən elan olunub.
Modern.az xəbər verir ki, imtahanda ən yüksək nəticəni Masallı rayonunu Həsənli kənd sakini Turə Alışlı göstərib. Turə Alışlı 300 mümkün baldan 296,6 bal toplayıb.
Bildirilib ki, 2023-cü ildə 9-cu sinfi bitirmiş şagird hazırda 10-cu sinifdə təhsil alır və kollecə daxil olmaq üçün ümumi orta təhsil bazası üzrə imtahan verib.